Gürcüstanda dövlət çevrilişi hazırlanır

Gürcüstanda dövlət çevrilişi hazırlanır

20:20
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib ki, ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra dövlət çevrilişi hazırlayan qrup var. Onun sözlərinə görə, bütün əlamətlər çevrilişə hazırlaşan bir qruplaşmanın olduğunu göstərir.

Papuaşvili qeyd edib ki, dövlət çevrilişi daha əvvəl, 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra hazırlanıb. Onun sözlərinə görə, bu dəfə basqınçılar qeyri-hökumət təşkilatlarının monitorinqinin köməyi ilə ölkədə iğtişaşlar üçün “yalançı səbəb” yaratmaq məqsədilə saxta seçki hesabatları hazırlamaq niyyətindədirlər.

“Hazırda hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub”, - deyə spiker vurğulayıb.

Oxuməni.az