Keçmiş nazir müavini Mehman Səlimov məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hkim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə M. Səlimov ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Proses sentyabrın 28-də davam etdiriləcək.
Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.
M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
Mediainfo.az
Digər xəbərlər