52 yaşlı Sumqayıt sakini Qəbələdə özünü asdı

52 yaşlı Sumqayıt sakini Qəbələdə özünü asdı

8 Sentyabr 2014 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt sakini intihar edib. Qəbələ Rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisə rayonun Həmzəlli kəndində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Fəzail Həmidov yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az