Air France şirkəti bugünkü uçuşların 60%-ni təxirə saldı

Air France şirkəti bugünkü uçuşların 60%-ni təxirə saldı

16 Sentyabr 2014 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Air France şirkəti bu gün də tam gücü ilə fəaliyyət göstərə bilməyəcək. Le Figaro qəzetinin məlumatına görə, dünəndən başlayan pilotların kütləvi tətil aksiyası ilə əlaqədar şirkət uçuşların 60%-ini təxirə salmalı olacaq. Bu rəqəm dünənin statistikasına görə 52% idi. İtaətsizlik aksiyasının təşkilatçıları sabah təxirə salınmalı olacaq reyslərin daha çox olacağını ehtimal edirlər.

Qeyd etdiyimiz ki, SNPL həmkarlar təşkilatı pilotları 15-22 sentyabr tarixlərində kütləvi itaətsizlik aksiyasına, tətilə səsləyib. Digər həmkarlar təşkilatları tətilin müddətinin 18 sentyabrda bitməsini təklif ediblər. Nəticədə Air France şirkətinə külli miqdarda maddi ziyan dəyib.

Xatırladaq ki, bu aksiya 1998-ci il tətilindən sonra Air France şirkətində ən genişmiqyaslı və uzunmüddətli aksiya sayılır.

Mediainfo.az