Qiyamət sığınacağı: 21.12.12...

Qiyamət sığınacağı: 21.12.12...

13 Dekabr 2012 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

21 dekabr yaxınlaşdıqca hər kəs qiyamət ssenariləri yazıb, qaçış yolları axtarır. İndi bu karvana çinli fermer də qoşulub. Liu Qiyuan maya təqviminə inanaraq, 21 dekabr üçün kürə hazırladı. O, ətrafı "fiberglass" ilə bağlı olan kürənin təbii fəlakətlərə qarşı dirənçli olacağına, onun təhlükəsiz. sığınacaq olacağına inanır. Qəhərmanımız bu kürəni sunamiyə qarşı da istifadə edə biləcəyini, üstəlik, onun içərisində üç nəfərlik bir ailənin on ay boyunca rahat yaşaya biləcəyi fikrini müdafiə edir. Oxumeni.az qeyd edir ki, kürənin içərisində oksigen sıxlığı yoxdur və oturacaqların təhlükəsizlik kəmərləri mövcuddur.

Günel Həbib

O.M.