Rusiyada ən azı 3 min Şimali Koreya əsgəri var, onlar döyüşə göndərilə bilər

Rusiyada ən azı 3 min Şimali Koreya əsgəri var, onlar döyüşə göndərilə bilər

24 Oktyabr 08:09
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ Rusiyada ən azı 3 min Şimali Koreya əsgərinin olduğunu qeyd edir. Gələcəkdə onlar Ukraynaya qarşı müharibəyə göndərilə bilərlər.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqində məlumat verib.

Onun sözlərinə görə, ABŞ Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi ilə bağlı vəziyyəti tam başa düşmək üçün müttəfiqləri və tərəfdaşları ilə sıx əməkdaşlıq edir.

“Təxmin edirik ki, Şimali Koreya oktyabrın əvvəli və ortaları arasında Rusiyanın şərqinə ən azı 3000 hərbçi yerləşdirib”, - Kirbi bildirib.

O, KXDR hərbçilərinin Şimali Koreyanın Vonsan limanından gəmi ilə Vladivostoka aparıldığına aydınlıq gətirib. Bundan sonra onlar Uzaq Şərqdəki Rusiya hərbi poliqonlarına göndərilib.

"Hələ ki, bu əsgərlərin Rusiya hərbçiləri ilə birlikdə döyüşlərdə iştirak edib-etməyəcəyini bilmirik, lakin bunun ehtimalı çox yüksəkdir. Bu əsgərlər təlimlərini başa vurduqdan sonra Rusiyanın qərb bölgəsinə gedə, sonra da Ukraynaya qarşı döyüşə bilərdilər”, - Kirbi vurğulayıb.

Oxuməni.az