Harris Trampı mütləq diktaturaya can atan faşist adlandırıb

Harris Trampı mütləq diktaturaya can atan faşist adlandırıb

24 Oktyabr 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentliyinə namizəd və hazırkı vitse-prezident Kamala Harris Donald Trampı “nəzarətsiz gücə” can atan “faşist” adlandırıb.

Bu barədə The Guardian xəbər verir.

Çərşənbə günü, oktyabrın 23-də Harris Vaşinqtondakı iqamətgahında planlaşdırılmamış çıxış etdi. Səbəb Trampın keçmiş baş qərargah rəisi Con Kellinin siyasətçinin Nasist Almaniyasında Hitlerə xidmət edən hərbi liderlər kimi ona beyət edən generallarının olmamasından şikayət etməsi ilə bağlı açıqlamaları olub.

"Donald Tramp getdikcə balanssız və qeyri-sabit olur. İkinci prezidentliyi dövründə Con Kelli kimi insanlar onun meyllərinə və hərəkətlərinə qarşı keşikçi kimi çıxış etməyəcəklər. Bir vaxtlar onun ən pis impulslarını dayandırmağa çalışanlar artıq ətrafda olmayacaqlar və onlar onu saxlaya bilməyəcəklər " Harris deyib.

Onun sözlərinə görə, Tramp diktaturaya can atır və o yenidən prezident seçilsə ABŞ-da və dünyada fazizm tuğyan edərək yüz milyonlarla insanın ölümünə səbəb olacaq və bəşəriyyət nüvə müharibəsinə sürüklənəcək

Oxuməni.az