“BRİKS” ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər

“BRİKS” ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər

24 Oktyabr 14:45
Bəyəndim (5) Bəyənmədim (0)



Kazanda keçirilən sammitdə “BRİKS” iştirakçılarının dövlət başçıları hələlik yeni ölkələri assosiasiyaya qəbul etməmək qərarına gəliblər. “İRNA” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, 30-dan 35-ə qədər ölkə “BRİKS”-ə tamhüquqlu iştirakçı kimi qoşulmağı xahiş edib. Onlardan bəziləri assosiasiyaya tərəfdaş kimi qoşulacaq.
Oktyabrın 22-də Kazanda “BRİKS” sammiti işə başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda müxtəlif dünya liderləri, o cümlədən Çin sədri Si Cinpin iştirak edib.
“BRİKS” beş ölkədən ibarət beynəlxalq qrupdur: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (RSA). 2024-cü ildə Misir, İran, BƏƏ və Efiopiya “BRİKS”-ə qoşuldu. Bu gün assosiasiya çoxqütblü dünya nizamını dəstəkləyən qlobal əməkdaşlıq üçün güclü platformaya çevrilir.
Almaz Həsənli