Tramp hakimiyyətə qayıdarsa, Almaniya ABŞ ilə ticarət müharibəsindən əziyyət çəkə bilər

Tramp hakimiyyətə qayıdarsa, Almaniya ABŞ ilə ticarət müharibəsindən əziyyət çəkə bilər

24 Oktyabr 20:25
Bəyəndim (0) Bəyənmədim (0)

Donald Tramp prezident seçilərsə, bu, ABŞ və Avropa arasında ticarət müharibəsinə səbəb ola və Almaniya ciddi iqtisadi nəticələrlə üzləşə bilər.

Bu barədə “Reuters” xəbər verir.

Bir vaxtlar bir çox ölkələrin paxıllıq etdiyi Almaniyanın güclü sənaye bazası Trampın prezidentliyi dövründə xüsusilə zərərə düşə bilər. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çindən gətirilən mallara 10-20%, 60%-ə qədər və daha yüksək idxal tarifləri tətbiq etmək planlarını açıqlayıb ki, bu da, onun fikrincə, Amerika istehsalının inkişafına kömək etməlidir.

Alman İqtisadiyyat İnstitutunun araşdırmasına görə, Tramp administrasiyası Aİ mallarına 20% tarif tətbiq etsə və Avropa buna bənzər tədbirlərlə cavab versə, avrozonanın ÜDM-i 2027-2028-ci illərdə 1,3% azalacaq və Almaniya iqtisadiyyatı daha da ağır zərbə alacaq.

Oxuməni.az