Əliyevlə Paşinyan Kazanda ikinci görüşü təşkil ediblər

Əliyevlə Paşinyan Kazanda ikinci görüşü təşkil ediblər

24 Oktyabr 15:56
Bəyəndim (6) Bəyənmədim (0)

Kazanda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir. Bundan əvvəl onlar “BRİKS” sammitinin görüşü zamanı qeyri-rəsmi danışıblar.

Hazırda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli danışıqlar gedir - görüş Kazanda keçirilən “BRİKS” sammiti çərçivəsində təşkil olunub.

Danışıqlarda Bakı və İrəvan nümayəndə heyətləri də iştirak edir.

Qeyd edək ki, görüşdə vasitəçilər iştirak etmir - bu, bilavasitə Azərbaycan-Ermənistan ikitərəfli dialoqu çərçivəsində keçirilir.

Bu gün səhər saatlarında Əliyev və Paşinyan “BRİKS” sammitinin görüşü zamanı (Mavritaniya prezidentinin çıxışı zamanı) qısa danışıblar - onların dialoqu kameraya düşüb.

Bu qeyri-rəsmi söhbətdən az sonra Paşinyan sammitdə çıxış edib. Ermənistan dövlətinin başçısı bildirib ki, Ermənistan Azərbaycana Naxçıvanla əlaqə üçün sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi mexanizmlərini təklif edib. Baş nazir İrəvanla Bakı arasında sülh müqaviləsi məsələsinə də münasibət bildirib və izah edib ki, sənəd 80-90% razılaşdırılıb, o, sülhün təməlinin yaradılması üçün prinsipial əhəmiyyət kəsb edir.

Almaz Həsənli