Zelenski Kazanda keçirilən BRİKS sammitini kəskin şəkildə tənqid edib

Zelenski Kazanda keçirilən BRİKS sammitini kəskin şəkildə tənqid edib

24 Oktyabr 14:05
Bəyəndim (0) Bəyənmədim (0)



Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammitindən sonra Şimali Koreyadan olan hərbçilər Ukrayna cəbhəsinə yaxınlaşa bilər. Bununla belə, bu zaman guya “gərginliyin qarşısını almaq” çağırışları var.

Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Dövlət başçısı bildirib ki, BMT Nizamnaməsi müharibəni necə normallaşdırmaqla bağlı deyil, əsl sülh haqqındadır.

“İndi isə bəzi dövlət liderləri Kazanda Putin sammitinə toplaşıblar. Onlar sülhdən danışırlar, ancaq Şimali Koreyadan hərbi qüvvələri Ukrayanaya qarşı döyüşməyə göndərir və bunu guya “gərginliyin qarşısını almaq”cəhdi kimi dəyərləndirirlər. Bu ikiüzlülükdən başqa bir şey deyil",-deyə Zelenski bəyan edib.

Xatırladaq ki, Sammit iştirakçıları artıq Ukraynadakı müharibəni xatırladan və onu “Ukrayna böhranı” adlandıran birgə bəyannamə qəbul ediblər.

Oxuməni.az