Yeddi ölkə Ukraynanın NATO-ya dəvətinə mane olur

Yeddi ölkə Ukraynanın NATO-ya dəvətinə mane olur

24 Oktyabr 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Şimali Atlantika Alyansına daxil olması məsələsində Vaşinqton və Berlin Kiyevin bloka dəvətini təsdiqləməyə tələsmirlər. Lakin ABŞ və Almaniyadan başqa, Alyansa üzv olan ən azı daha 5 ölkə bu məsələyə “əngəl törədir”.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Almaniya və ABŞ Ukrayna prezidenti Vladimir Zelenskini tez bir zamanda dəvət almağa çağırmağa tələsməyən ən böyük dövlətlər sırasındadır.

Məsələ burasındadır ki, ölkənin NATO-ya dəvəti Ukraynanın Rusiya Federasiyası ilə müharibədə qələbə qazanması üçün Zelenskinin bu yaxınlarda açıqladığı planda müzakirə olunur.

Eyni zamanda, Ukrayna prezidenti etiraf edib ki, alyansa qoşulmaq yalnız müharibə başa çatdıqdan sonra mümkün olacaq. Bununla belə, Zelenski Ukraynanın müharibə zamanı NATO-ya dəvət almasının fundamental əhəmiyyətinə də diqqət yetirib.

Oxuməni.az