Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri birgə  təlimlər keçirir

Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri birgə təlimlər keçirir

24 Oktyabr 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Koreya Respublikası və ABŞ F-35 qırıcıları da daxil olmaqla 110-a yaxın təyyarənin iştirakı ilə “Azadlıq Bayrağı” hava təlimləri keçirir. Bu barədə Yonhap agentliyi Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Təlim oktyabrın 21-də başlayıb və noyabrın 1-dək davam edəcək. Cənubi Koreya F-35A, F-15K qırıcılarından, Amerika tərəfi - F-35B və F-16, eləcə də MQ-9 pilotsuz uçuş aparatlarından istifadə edəcək.

Yonhap xəbər verir ki, qırıcı və pilotsuz təyyarələrin “ilk dəfə birgə uçuşu” baş tutacaq. Təlimlərə Avstraliyanın KC-30A yanacaq dolduran nəqliyyat təyyarəsi də qatılıb. Onun təlimlər çərçivəsində Cənubi Koreya qırıcısını havada yanacaqla dolduracağı planlaşdırılır.

Agentlik qeyd edir ki, “Azadlıq Bayrağı” təlimi ilin birinci yarısında keçirilən Koreya Uçuş Təlimi və “Sayıq Müdafiə” adlı müntəzəm təlimləri ilk dəfə keçirilir.

Oxuməni.az