Blinken Qəzza zolağında və Livandakı münaqişənin diplomatik yolla həllinə çağırıb

Blinken Qəzza zolağında və Livandakı münaqişənin diplomatik yolla həllinə çağırıb

24 Oktyabr 08:42
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağında hərbi əməliyyatları dayandırmağa və Livandakı münaqişənin diplomatik yolla həllinə çağırıb. Lakin İsrail və Livan ərazilərinin aktiv atəşə tutulması dayanmır.

Blinken deyib ki, diqqətimizi girovların vətənə qaytarılmasına, bu müharibəyə son qoyulmasına və gələcək üçün aydın planın hazırlanmasına yönəltməliyik.

Blinken əlavə edib ki, Qəzza zolağında gələcək inkişaflar kritik olacaq və nə Həmas, nə də İsrail tərəfindən idarə olunmayacaq sahil anklavının gələcəyi üçün “aydın və konkret planlar” lazımdır.

Blinken həmçinin deyib ki, İsrail adekvat humanitar yardımların ağır şəraitdə yaşayan insanlara çatmasını təmin etmək üçün daha çox işlər görməlidir.

Oxuməni.az