Əliyev və Paşinyan “BRİKS” sammitində masa arxasında danışıblar

Əliyev və Paşinyan “BRİKS” sammitində masa arxasında danışıblar

24 Oktyabr 15:42
Bəyəndim (5) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda keçirilən “BRİKS” sammiti çərçivəsində görüşüblər. Bu barədə Azərbaycan dövlət başçısının mətbuat xidməti xəbər verir.
“Kazanda keçirilən “BRİKS”-in XVI sammiti çərçivəsində “Autreach/BRICS+” formatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb”, - deyə məlumatda bildirilir.
Tədbir zamanı iki ölkə liderinin yan-yana əyləşdiyi görüntülənib. Agentliyin məlumatına görə, iclasda iştirak edən ölkələrin nümayəndələri əlifba sırası ilə dəyirmi masa ətrafında əyləşiblər. Onlar masa arxasında əyləşib qısaca söhbət etdilər. Reqlamentə əsasən, onlar sammitin sonuna qədər yan-yana oturacaqlar.
Daha sonra onların söhbətinə iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da qoşulub.
Görünür, tərəflər ayrıca görüşün keçirilməsi imkanını müzakirə ediblər.