Avropa Parlamenti Venesuela müxalifətçilərinə Saxarov mükafatını verib

Avropa Parlamenti Venesuela müxalifətçilərinə Saxarov mükafatını verib

24 Oktyabr 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Parlamenti (AP) Saxarov mükafatını venesuelalı müxalifətçilər Mariya Korina Maçado və Edmundo Qonzales Urrutiaya verib. Bu barədə qurumun sədri Roberta Metsola Strasburqda Avropa Parlamentinin iclasında bildirib.

Metsola laureatları “Venesueladakı demokratik qüvvələrin liderləri” adlandıraraq deyib: “2024-cü il Fikir Azadlığına görə Saxarov Mükafatı Maria Korina Maçado və Edmundo Qonzales Urrutiaya verilib”.

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib və bu seçkilərdə 51,95% səslə Nikolas Maduro qalib gəlib. Maçado seçki günü Urrutiyanın komandasının seçkilərdə məğlubiyyətini etiraf etməyəcəyini söylədi. Ertəsi gün Venesuelanın paytaxtında və digər şəhərlərdə sağçı ekstremistlər tərəfindən iğtişaşlar və polis və hərbçilərə hücumlar törədilib. Maduro bildirib ki, Bolivar Respublikasında uğursuz çevriliş cəhdinin başında ABŞ və amerikalı iş adamı İlon Mask dayanır.

Oxuməni.az