Aşton Katçer "Apple"nin qurucusu Stiv Cobsu yenidən "dünyaya gətirdi"

Aşton Katçer "Apple"nin qurucusu Stiv Cobsu yenidən "dünyaya gətirdi"

5 Dekabr 2012 17:09
Bəyəndim (0) Bəyənmədim (0)
Onların bənzərliyi inanılmazdır

Texnologiya divi "Apple"nin ötən il vəfat edən qurucusu Stiv Cobsun həyatından bəhs edən "Jobs" filmindən ilk kadrlar mediaçılarla paylaşıldı. Şüarı "Dünyanı dəyişdirən adamın gerçək hekayəsi" olan filmdə Cobs rolunu amerikalı aktyor Aşton Katçer oynayır. Filmin fotolarından görüldüyü kimi, Aşton Cobs olmaq üçün müthiş bir dəyişikliyə imza atıb. "Jobs"da "Apple"nin digər qurucusu Stiv Vozniaka can verən aktyor Coş Qadın dediyinə görə, Aşton Katçerin performansı təkrar olunmazlardandır.

Günel Həbib

O.M.