Fatmagülün başmaqları, Hürremin ləl-cəvahiratından sonra indi yeni dəb budur!

Fatmagülün başmaqları, Hürremin ləl-cəvahiratından sonra indi yeni dəb budur!

27 Dekabr 2012 14:13
Bəyəndim (0) Bəyənmədim (0)
Osmanlı qılıncının istehsalı canlandı

Yayımlandığı dövrdə izlənmə rekorları əldə edən "Fatmagülün suçu ne?"də Beren Saatın geyindiyi başmaqların bənzəri Şanlıurfada iki qardaş tərəfindən "Fatmagülün başmaqları" adı altında 5 lirədən (2.50 manat) satışa çıxarılmışdı. Hətta qardaşlar Suriyaya ixrac etdikləri başmaqların adını "Fatmagülün hamam başmaqları gəldi" qoymuşdular.

Göz qamaşdıran zinət əşyaları ilə diqqət çəkən "Muhteşem yüzyıl" izləyicilərin ləl-cəvahirata olan marağını artırdı. Zinət və bijuteriya markalarının serialdakı hər bir obraz üçün ayrı-ayrılıqda hazırladığı maraqlı zinət əşyaları qızıl-brilliant sektorunun da canlanmasına səbəb oldu.

Oxumeni.az yeni dəbdən bəhs edir! Belə ki, Osmanlı ordusunun ən çox istifadə etdiyi "Yatağan" isimli qılınc tarixi film və seriallar sayəsində yenidən "anadan oldu". Belə ki, bu qılıncı artıq Türkiyədə hədiyyəlik əşya olaraq alanların sayı durmadan artır. Bir neçə il öncə istehsalı dayanma nöqtəsinə gələn "Yatağan"a tələb artıb. Onun istehsalı canlanıb.

Günel Həbib

O.M.