Merkel Rusiyanı NATO-da cilovlamaq üçün sistemin sürətlə yaradılmasına çağırıb
Almaniyanın keçmiş kansleri Angela Merkel mümkün qədər tez NATO daxilində Rusiyaya qarşı “inandırıcı” çəkindirmə sistemi qurmağa çağırıb. O, bunu Berlində xatirələrinin təqdimatı zamanı deyib.
“Mən düşünürəm və buna görə də xatirələrimdə yazıram ki, indi həqiqətən də çox tez inandırıcı bir çəkindirmə sistemi qurmaq lazımdır”, Merkel Almaniyanın bugünkü şəraitdə təhlükəsizliyini necə təmin edəcəyini müzakirə edərkən deyib.
O əlavə etdi ki, belə bir iş əvvəlkindən daha da çətinləşib. O, bunun səbəbini Vaşinqtonun Şimali Atlantika alyansındakı müttəfiqlərinə şübhə ilə yanaşan Donald Trampın ABŞ-da prezident seçilməsi adlandırıb.
Oxuməni.az
Digər xəbərlər