
Rusiyanın Azərbaycana təhdidləri davam edir : Ölkəmizin dostu Qusman vəzifəsindən azad edilib
Mixail Qusman agentlikdə 30 il işlədikdən sonra TASS rəhbərinin birinci müavini vəzifəsini tərk edib. İşdən çıxarılmasının formal səbəbləri göstərilmir, lakin bundan bir qədər əvvəl o, Şuşada keçirilən media forumunda iştirak edərək Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasətini yüksək qiymətləndirib. Forum anti-Rusiya bəyanatları, o cümlədən Moskvanın ünvanına birbaşa ittihamlarla müşayiət olunub.
Mixail Qusmanın işdən çıxarılmasının səbəbləri açıqlanmır. Lakin onun TASS-ın baş direktorunun müavini kimi iştirak etdiyi sonuncu ictimai tədbirlərdən biri Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Şuşa Qlobal Media Forumu üçün Azərbaycana səfəri olub. Tədbir digər məsələlərlə yanaşı, Əliyevin anti-Rusiya bəyanatları ilə yadda qalıb.
Xüsusilə, forumun kənarında ukraynalı jurnalist Yelena Kurbanova Azərbaycan prezidenti İlham Əliyevə Ukrayna Silahlı Qüvvələrinin qol şevronlarını təqdim edib. O, onları "Etdiyiniz işlərə görə sağ olun, davam edin" sözləri ilə qəbul edib.
Orada ukraynalı jurnalist Dmitri Qordonun (Rusiya Federasiyasında x sualını cavablandıran Azərbaycan prezidenti ukraynalılara “heç vaxt işğala dözməməyi” tövsiyə edib.
Bundan əlavə, Əliyev bildirib ki, Azərbaycan 2024-cü il dekabrın 25-də baş vermiş AZAL sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün beynəlxalq ədliyyə sisteminə müraciət etməyi planlaşdırır. Təyyarə Bakıdan Qroznıya uçurdu və qəzadan bir müddət əvvəl Aktauda təcili eniş tələbi ilə müraciət edib. Əliyev təyyarənin Rusiya hava hücumundan müdafiəsi tərəfindən vurulmasında birbaşa Rusiya Federasiyasını ittiham edib. Moskva bu məlumatı təsdiqləməyib, araşdırma tam başa çatmayıb.
Qusman İlham Əliyevə belə bir sual ünvanlamışdı: "Bu gün Azərbaycan, fikrimcə, tamamilə özünəməxsus xarici siyasət yürüdür. Mən heç özüm də bilmirəm ki, başqa dövlət bunu hansı dövlətlə müqayisə edə bilər. Bunda elə bir fenomen var ki, onu dünyada hamı başa düşmür, mənə elə gəlir ki, bunu dünyada heç də hamı qiymətləndirmir. Bu baxımdan, mənim sadə bir sualım var. Mən başa düşürəm ki, sizdən soruşanda ki, skripkaçı necə oynayırsınız? skripka deyəcək: “Mən skripka, kaman götürüb çalıram”. Amma sizin siyasətiniz, mənə elə gəlir ki, çox aydın, çox təsdiqlənmiş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir"Məhz Qusmanın İlham Əliyevə sualında onun xarici siyasətini tərifləməsi Kremldə güclü əks-səda doğurub. Onun Moskvaya qayıdan kimi tutduğu vəzifəsindən azad edilməsi də məhz bununla əlaqədardır.
Təbii ki, Qusmanın işdən çıxarılması Azərbaycanda birmənalı qarşılanmayıb. Məsələ ilə baölı açıqlama verən siyası müşahidəşilərin əksəriyyəti belə hesab edir ki, Rusiya bununla da Azərbaycana qarşı daha bir təzyiq vasitəsini işə salıb. Eyni zamanda Qusmanaın işdən çıxarılması ölkəmizə dost olan digər azərbaycanyönümlü ziyalılara, elm, mədəniyyət xadimlərinə, iş adamlarına bir xəbərdarlıq hesab edilə bilər.
Məsələyə münasibət bildirən professor Qulu Məhərrəmli Kremlin Qusmana qarşı atdığı ədalətsiz addımı əsl namərdlik adlandırıb. O xatırladıb ki, Azərbaycan sevdalısı Mixail Qusman Bakıda doğulub, istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır. 30 ildir TASS-da çalışır, "Hakimiyyət formulu" verilişinin müəllifi və aparıcısıdır. Rusiyanın Əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır. Qulu Məhərrəmlinin fikrincə bütün bunlar Putinin simasızlığını göstərir:
"Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi çökməkdə olan Rusiyanın, batmaqda olan Putinin nə qədər miskin və ləyaqətsiz olduğunu göstərir. Mən əminəm ki, artıq Rusiya dövlət təfəkkürü və diplomatiya ilə deyil, cəngəllik qaydaları, kin-küdurətlə idarə olunur".
Politoloq qeyd edib ki, Mixail və qardaşı Yuli Qusman da çətin günlərdə həmişə Azərbaycanın yanında olublar.
Qulu Məhərrəmli 44 günlük müharibə zamanı Mixail Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsinin unudulmadığını da xüsusi qeyd edib.
"Kremlin belə bir məşhur şəxsiyyətə, Rusiyanın görkəmli dövlət, mədəniyyət və media xadiminə qarşı atdığı ədalətsiz addım əsl namərdlik və cındırlıqdır. İnşallah, bu nifrət, qərəz, kin-küdurət və qisas çanağının Putinin öz başında sınacağına az qalıb",-deyə o vurğulayıb..
Beləliklə,Mixail Qusmanı Azərbaycana səfərinə örə cəzalandırmaqla Rusiya bir daha ölkəmizlə münasibətdə gərginliyi artırmaq niyyətində olduğunu nümayiş etdirib. Amma çətin ki, Rusiya bununla nəyə isə nail ola bilsin və hadisələrin gedişi də bu gərginlikdən ən çox zərər çəkənin də məhz Rusiya olacağını göstərir.
Əziz Mustafa